51


Haqq Yolu törədir onları,

Kəramət bəsləyir onları,

Mahiyyət təşkil edir onları,

Şərait bitirir onları.

 

Buna görə də elə bir cisim yoxdur ki,

Haqq Yoluna ehtiram etməsin, Kəramətin qədrini bilməsin.

 

Haqq Yoluna onlar ehtiram edir, Kəramətin qədrini onlar bilir:

Bunu onlara hökm edən yoxdur – bu tam təbiidir.

 

Belə Haqq Yolu törədir onları,

Kəramət bəsləyir onları,

yetişdirir onları, saxlayır onları,

bitirir onları, yetkinləşdirir onları,

gözləyir onları, qoruyur onları.

 

Törədən və sahib olmayan,

Becərən və bunu iddia etməyən,

Yetişdirən və hökm etməyən,

Budur ulu Kəramət.

<<                                                                                                                                        >> 

Make a free website with Yola