38


Ali Kəramət sahibinin öz Kəramətini büruzə verməyə ehtiyacı yoxdur – buna görə də onun Kəraməti var və qorunulur.

Cüzi Kəramət sahibi öz Kəramətini nümayiş etdirməməyi bacarmır – buna görə də əslən onun heç Kəraməti yoxdur.

 

Ali xeyirxahlıq və insansevərlik mövqeyindən əməl edən etdiyinə ehtiyacı olduğundan etmir.

Ali ədalət mövqeyindən çıxış edənin mənəvi borcu var (əməlləri niyyətli və məqsədlidir), lakin nə edirsə etsin, yenə də bir çox əməl etməyə ehtiyacı qalır.

Ali ədəb mövqeyindən çıxış edənin bir çox əməl etməyə ehtiyacı var, lakin hay verən yoxdur: onda ədəb tam pozulur və əməl etməyənlər zor gücü ilə rədd edilir.

 

Həqiqətən də,

Yol itiriləndə – Kəramət özünü büruzə verir,

Kəramət itiriləndə – xeyirxahlıq və insansevərlik özünü büruzə verir,

İnsaniyyət itiriləndə – mənəvi borc hissi özünü büruzə verir,

Mənəviyyat itiriləndə – ayin və ədəb qaydaları özünü büruzə verir.

 

Ayin-ədəb doğru iman-vəfanın cecə-qabığı və qarğaşalığın başlanğıcıdır.

Səthi anlayış (güllü sarğı) ilə heyran olmaq – cəhalətin başlanğıcıdır.

 

Böyük adam üzə çox fikir vermir – mahiyyət ilə məşğuldur,

Gül ilə yayındırılmır – kök-toxum ilə məşğuldur.

<<                                                                                                                                       >>

Make a free website with Yola