36


Toplamaq olsun deyə

Paylayan olmalı gərək.

 

Bir şeyi yumşaldıb zəiflətmək olsun deyə

Onu əvvəl bərk və güclü edən olmalı gərək.

 

Bir şeyi yıxıb tənəzzülə gətirmək olsun deyə

Onu əvvəl yüksəldib inkişaf etdirən olmalı gərək.

 

Bir şeyi zorla almaq olsun deyə

Onu verib bağışlayan olmalı gərək.

 

Buna deyərlər Gizli Aydınlıq.

 

Yumşaq möhkəmi məğlub edir.

Zəif güclünü yıxır.

 

İri balıq dərində gizlənər.

Ölkənin ən iti silahını camaata göstərməzlər.

<<                                                                                                                                       >>

Make a free website with Yola