2


Hamı gözəlliyin gözəlliyini dərk edib – ona görə də eybəcərlik peyda oldu

Hamı xeyirin xeyirli olduğunu dərk edib –  ona görə də şər peyda oldu 


Çünki

Varlıq ilə Yoxluq bir-birini törədir

Çətin və Asan biri-birinə gətirib çıxarır

Uzun və Qısa biri-birilə tutuşdurulur

Hündür və Alçaq bir-birini təyin edir

Səslər bir-birlə həmahəng olur

Əvvəl və Axır bir-birini növbələyir 


Buna görə Arif Aqil iş görəndə biəməldir, öyüd verəndə dinməzdir

Məşğul olduqda iştirak etmir

Yaratdığına yiyəlik etmir

Hərəkət edəndə cəhd etmir

Zəhmətini məqsədə yönəltmir

Nəticələrlə fəxr edə-edə vaxtını itirmir

Buna görə də ruhu tükənməzdir


<<                                                                                                                          >> 

© Cavad Əfəndi, 2008 - 2012.

Make a free website with Yola