16


İçim tam boş, tam asudə olaraq

Edirəm səy, bu sükutu səbatla qoruyuram

Hər şey özü dövran edir – bitir, çiçəklənir,

Toxum atır və qayıdır Kökünə

O Heç nəyə qayıdışı mən seyr edirəm

Qismətdir hər şeyə o qayıdış Sükuta

O əbədi dövran Sabitdir, Daimidir

Bunu bilən – tapar ziya, aydınlığa çıxar

Bilməzsə – budur şər – çapalayar çılğınca

 

Dərk et – o son mənzil Sirlər Xəzinəsidir

Göyün özü hökmdarı onun – səxavətlidir

Ora gedən də yol – Göylər Yoludur – Haqq Yoludur

Yolun da ki nə bədəni var nə də ki nəfsi

Demək o dövrandan kənardır – Əbədidir

 <<                                                                                                                                       >>

Make a free website with Yola