13

Şərəf, rüsvay – bir lərzədir bunlar.

Ad-san – bir bəladır həyatda.

 

Niyə şərəf də rüsvay da bir lərzədir?

Çünki onlardan asılı olursan:

Şərəfi qorxursan ki qazanmazsan,

Qazandın da – qorxursan ki itirərsən.

Buna görə şərəf və rüsvay – bir lərzədir.

 

Niyə bəs ad-san bir bəladır?

Çünki bədəndə olduğumuzdan özümüzün üstündə yaman əsirik.

Özümüzü əsirgəməsək nə bəlamız ola bilir ki?

 

Bu üzdən:

Bəşəriyyətə xidmətdə özünü əsirgəməyənə Bəşəriyyət də güvənər.

Yaşadığı torpağı öz bədənini sevdiyi kimi sevən bir kəs yerdə bərk durar.
<<                                                                                                                                    >>

Make a free website with Yola